14 Mart 2021 Pazar

En Gözel Novruz Bayramı Xonçası Yarışması


Pandemiya ilə əlaqədar olaraq , Çağdaş Azərbaycan Kültür Derneği, iki ildir Novruz Bayramı Şənlikləri keçirə bilmir.

Pandemiya şərtlərini nəzərə alaraq Novruz Bayramı adət və ənənələrimizi yaşatmaq,, tanıtmaq və gələcək nəsillərə buraxa bilmək üçün təşkilatımız bu il  “Ən Gözəl Bayram Xonçası” yarışmasını həyata keçirəcəkdir.

Yarışmanın məqsədi, xalqımızın gözəl adətlərindən biri olan Novruz Bayramlarında “Xonça” hazırlamak adətini  daha geniş şəkildə tanıtmaq, hər Azərbaycan evində bayram xonçası hazırlanmasını təşviq etmək, bayram adət -ənənələrimizdən birisi olan Xonça hazırlama fəaliyyətini gələcək nəsillərimizə çatdırmaqdır. 

ƏN GÖZƏL NOVRUZ XONÇASI İLƏ BAĞLI MƏLUMATLAR 

Kimlər bu yarışmaya qatıla bilər:

Dünyanın hər yerində yaşayan şəxslər qatıla bilər.

Bakı, Dərbənd, Borçalı, Təbriz, Gəncə, Naxçıvan, İğdır,, Qars, İzmir, İstanbul, Kanada, Avustrlaiya, İsveç və istənilən hər yerdən 

Yarışmaya necə qatılacaqsınız

Novruz bayramı üçün evinizdə, iş yerinizdə hazırlamış olduğunuz Xonçanın şəklini çəkərək bizə göndərəcəksiniz. Yarışmaya qatılmaq üçün iki ədəd şəkil göndərmək şərtdir. Birinci sadəcə sizin hazırladığınız Xonçanın şəkli , ikincisi isə sizin Xonçanın yanında çəkilmiş şəkliniz.

İki ədəd şəkli, info@cagazder.com  cagazder6@gmail.com e-mail ünvanlarına, ya da 00905332714949 whatsapp nömrəmizə göndərə bilərsiniz

Yarışmaya hansı tarixə qədər qatıla bilərsiniz: 

Son qatılma tarixi 20 Mart 2021ci il, saat 24:00 kadar. 

En gözəl Xonçayı kim seçəcək: 

Qardaş dərnəklərimizdən bir nəfərin qatılımasından ibarət olan tərəfsiz, 7 və ya 9 xanımdan ibarət bir jüri olacaqdır.

Jüri üzvlərimizin adları çox qısa zamanda açıklanacakdır. 

Qardaş dərnəklərimiz kimlərdir:

Bakıda fəaliyyət göstərən Borçalı Cəmiyyəti, Qaçqınlar Cəmiyyəti və Axıska Türkləri Cəmiyyəti 

Yarışmanın qalibinə nə hədiyyə təqdim olunacaqdır: 

Təşkilatımızın dətəkləyənlərin dəstəyi ilə dəyərli sürpriz hədiyyələr veriləcəkdir.

Hədiyyələrin nələr olduğunu ən qısa zamanda  açıqlanacaqdır.

Bundan əlavə yarışmaya qatılan hamıya “Təşəkkür bəlgəsi” veriləcəkdir. 

Yarışmaya qatılan bütün xonçalar internet səhifəmizdə sərgilənəcəkdir. 

Yarışmaya qatılan Xonçalar necə hazırlanmalıdır: 

Yarışmaya qatılacaq xonçalar şəxsən yarışmaçının özü tərəfindən hazırlanmalıdır. Hazır alınan xonçalar üçün heç bir qiymətləndirilmə edilməyəcəkdir. 

Xonçalarda istənilən xüsusiyyətlər: 

Orijinallığına uyğunluk, Estetik, Otantik, Novruz bayramı rituallarına uygun (Boyanmış yumurtalar, səməni, Azərbaycan milli mətbəxindən nümunələr, tongal, Azərbaycan naxışları, milli naxışlar, geyimlər (kəlağayı kimi) nümunələr olmalıdır. 

Yarışmanın nəticələri nə vaxt açıqlanacaq: 

28 Mart 2021 Bazar günü. 

Yarışmamızın geniş kütlələrə duyurulması və qatılanların sayının artırılması üçün, bütün dostlardan, yarışma blog adreslerimizi və yarışma afişalarımızı paylaşmalarını xahiş edirik.

Hiç yorum yok:

Yorum Gönder

Yarışmamıza katılan dostlarımızın listesi

 Rusya 1.        Alide İbrahimova      Sankt Peterburq 2.        Arifə Zərgərova       Moskva 3.        Aylin Ağazade         Yarosl...